Aİ Rusiyanın “hibrid təhdidlərinə” cavab vermək üçün bir yol tapıb

  • Müəllif: Orxan
  • 26 Avqust 2026 14:16

Bloomberg-in məlumatına görə, bəzi Aİ ölkələri bloku Rusiyanın yaratdığı iddia edilən “hibrid təhdidlərə” cavab verməyə, yəni dondurulmuş Rusiya aktivlərini ələ keçirməyə, Rusiyanın mayeləşdirilmiş təbii qazının nəqlini qadağan etməyə və ölkə ilə vizaları məhdudlaşdırmağa çağırıb.

Gununsesi.info-nun xəbərinə görə, agentlik qeyd edib ki, Avropa rəsmiləri bir neçə aydır, Rusiyanın qitəyə qarşı “kampaniyasının” güclənəcəyini gözləyirlər. Lakin mənbələrə görə,  hələ də “fundamental müdafiə siyasətini” dəyişməyib.

Media mənbələrə istinadən xəbər verir ki, “Bəzi Aİ üzvləri bloku əvvəllər bloklanmış sanksiyalar, o cümlədən dondurulmuş aktivlərin müsadirə edilməsi, Rusiyanın mayeləşdirilmiş təbii qazının nəqlinə qadağa qoyulması və viza məhdudiyyətləri tətbiq etməklə cavab verməyə çağırıblar”.

Onlar həmçinin bildiriblər ki, Aİ yüzlərlə fiziki və hüquqi şəxsə qarşı sanksiyalar hazırlayır və bu sanksiyaların payızda qəbul edilməsi planlaşdırılır.

Maqsud

Gununsesi.info