Xəzər rayonunda 42 yaşlı qadın qəfil vəfat edib.
Gununsesi.info xəbər verir ki, hadisə avqustun 26-sı saat 21 radələrində Mərdəkan qəsəbəsində baş verib.
1984-cü il təvəllüdlü N.Babayeva yaşadığı evin həyətində naməlum səbəbdən qəflətən ölüb.
Ölüm səbəbinin müəyyən edilməsi məqsədilə araşdırma aparılır.











