Tramp Ontario gölünün adını dəyişdi: “Amerika gölü” oldu

  • Müəllif: Firuzə
  • 27 Avqust 2026 22:53

ABŞ Prezidenti Donald Tramp Ontario gölünün adının “Amerika gölü” olaraq dəyişdirildiyini açıqlayıb. Onun sözlərinə görə, qərar dərhal qüvvəyə minir.

Gununsesi.info xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında danışıb.

O, mətbuat nümayəndələrinin iştirakı ilə müvafiq sərəncamı imzalayıb.

 

“Ontario gölünün adını Amerika gölü olaraq dəyişdiririk. Mən bu sərəncamı imzaladığım andan etibarən bu qərar dərhal qüvvəyə minir”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti qeyd edib ki, ad dəyişikliyi üçün bütün zəruri sənədlər artıq hazırlanıb.

“Bildiriş göndərilməli olan müxtəlif şəxsləri məlumatlandırdıq. Beləliklə, bütün lazımi tədbirləri gördük. Bu andan etibarən qərar rəsmidir”, – deyə Tramp əlavə edib.

Gununsesi.info