78 yaşlı kişi binadan yıxılıb öldü

  • Müəllif: Firuzə
  • 28 Avqust 2026 09:33

Gəncədə 78 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. 

Gununsesi.info xəbər verir ki, 1948-ci il təvəllüdlü Zakir Həsənov yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılaraq həyatını itirib.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Gununsesi.info