Polşa xarici işlər naziri Avropanı Rusiya ilə “vaxtından əvvəl danışıqlar” barədə xəbərdar etdi

  • Müəllif: Orxan
  • 28 Avqust 2026 12:14

Polşa xarici işlər naziri Radoslav Sikorski “The Economist” jurnalında dərc olunmuş məqaləsində yazıb ki, Avropa Ukrayna ilə bağlı Rusiya ilə “vaxtından əvvəl” danışıqlara girmək istəyinə qarşı durmalıdır.

Gununsesi.info xəbər verir ki, Sikorskinin sözlərinə görə, Rusiya ilə siyasi dialoqun bərpasının tərəfdarları danışıqların qlobal miqyasda gərginliyi azaldacağına ümid edə bilərlər. Lakin nazir bunun “uzunmüddətli perspektivdə” baş verməyəcəyinə inanır.

“Avropa vaxtından əvvəl danışıqlara girmək istəyinə müqavimət göstərməlidir. Rusiyanın strateji mövqeyi kifayət qədər zəifləməzdən əvvəl başlanan dialoq Kremlin daxili legitimliyini gücləndirə, hibrid əməliyyatların daha da asanlaşdırılmasına, Avropanın Ukraynaya dəstəyini sarsıda və demokratik icmamızdakı uçurumu dərinləşdirə bilər”, – deyə o yazıb.

Nazir əmindir ki, Avropa “gələcəkdə daha ciddi təhlükələrdən qaçınmaq” üçün “qısa müddətdə daha böyük risk” götürməlidir.

Maqsud

Gununsesi.info