“Sabah” FK Özbəkistan millisinin qapıçısı Abduvohid Nematov üçün rəsmi təklif göndərməyə hazırlaşır.
Gununsesi.info-nun məlumatına görə, Bakı klubu 25 yaşlı qapıçının transferində maraqlıdır və tərəflər arasında şifahi şəkildə danışıqlar başlayıb. Nematovun transferi ilə bağlı yekun razılaşmanın əldə olunub-olunmayacağı yaxın günlərdə bəlli olacaq.
“Nasaf” klubunda çıxış edən Nematov Özbəkistan millisinin də əsas qapıçılarından biridir. Onun “Nasaf”la müqaviləsi 2026-cı ilin sonunadək qüvvədədir.
Qeyd edək ki, məşhur “Transfermarkt” portalına görə futbolçunun bazar dəyəri 1,5 milyon avrodur.
Vüsal











