Nepalda sel nəticəsində ölənlərin sayı 579-a çatdı

  • Müəllif: Firuzə
  • 28 Avqust 2026 22:21

Nepalın Çin sərhədinə yaxın Rasuva bölgəsində baş verən güclü sel nəticəsində ölənlərin sayı 579-a çatıb.

Gununsesi.info  xəbər verir ki, təbii fəlakətin yaratdığı dağıntılar səbəbindən axtarış-xilasetmə işləri bir neçə ərazidə davam etdirilir. Yerli hakimiyyət orqanları onlarla körpünün dağıldığını, yolların ciddi zərər gördüyünü və xilasetmə əməliyyatlarına helikopterlərin cəlb edildiyini açıqlayıb. Məlumata görə, sel suları meyitləri müxtəlif ərazilərə aparıb. Buna görə də, Rasuva ilə yanaşı bir sıra bölgələrdə axtarışlar gücləndirilib. Ölkənin müxtəlif şəhərlərində meyitxanalarda yer çatışmazlığı yarandığından müvəqqəti müəssisələrin qurulduğu qeyd olunur. Rəsmilər aralarında əcnəbilərin də olduğu 1300-dən çox şəxsin itkin düşdüyünü açıqlayıblar.

Mütəxəssislər isə fəlakətin dağlıq ərazidə buzlaq parçalarının qopması və ardınca baş verən uçqunla əlaqəli olduğunu bildiriblər.

Gununsesi.info