Vətəndaş “KATV1”nin göstərdiyi internet xidmətindən narazıdır.
Gununsesi.info xəbər verir ki, bu barədə o sosial şəbəkədə paylaşaraq bildirib.
Onun sözlərinə görə, şirkətin iki qaynar xəttinə zəng etsə də, müraciətinə cavab verilməyib və hər zəng zamanı balansından 1 manatdan çox vəsait çıxılıb.
Vətəndaş internetin iki otaqlı evi tam əhatə etmədiyini, gün ərzində isə dəfələrlə kəsildiyini qeyd edib.
O bildirib ki, avqustun 21-də 25 manat ödəyərək xəttini açdırıb. Daha sonra ona sentyabrın 1-də yenidən 25 manat ödəməli olduğu barədə mesaj göndərilib:
“Mən 10 gün üçün 25 manat ödəmişəm? Zənglərə cavab vermədiniz ki, gəlin aparatınızı götürüb aparın. Mənə sizin verdiyiniz xidmət lazım deyil.”
Vətəndaş məsələyə aydınlıq gətirilməsini istəyir.
Afət












