Ukrayna Prezidenti Volodimir Zelenski strateji məsələlər üzrə müşaviri Aleksandr Kamoşini vəzifəsindən azad edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Politika Stranı”nın “Telegram” kanalı məlumat yayıb.
Zelenskinin imzaladığı sərəncamda Kamoşinin vəzifədən azad edilməsinin səbəbi açıqlanmayıb.
Nəşr qeyd edib ki, Kiyev yaxınlığında raket zərbəsinə məruz qalan hərbi sərgini təşkil edən “Armada” assosiasiyası Kamoşinə yaxın ola bilər.
Xatırladaq ki, iyulun 24-də Kiyev yaxınlığında silah sərgisinə Rusiyanın zərbə endirdiyi barədə məlumat yayılıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, sərgidə pilotsuz uçuş aparatlarının (PUA) aparıcı istehsalçıları və tərtibatçıları iştirak edib.












