Pezeşkian: İran ABŞ-la münaqişədə diplomatiyanı əsas yol hesab edir

  • Müəllif: Şəbnəm
  • 01 Sentyabr 2026 16:01

İran ABŞ-la müharibənin təşəbbüskarı olmayıb və fikir ayrılıqlarının həlli üçün diplomatiya və danışıqları əsas yol hesab etməkdə davam edir.

Gununsesi.info xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “ŞƏT+” formatında keçirilən iclasda deyib.

“İran İslam Respublikası müharibənin təşəbbüskarı olmayıb. Əksinə, özünü müdafiə edib”, – deyə Pezeşkian bildirib.

İran Prezidenti vurğulayıb ki, ölkəsi fikir ayrılıqlarının həlli üçün diplomatiya və danışıqları əsas yol hesab edir.

“Eyni zamanda, İran diplomatiya və danışıqları fikir ayrılıqlarının həlli üçün əsas yol hesab edir. Lakin xoşməramlılıq, götürülmüş öhdəliklərə hörmət və güc tətbiqindən imtina olmadan diplomatiya davamlı sülhün təmin edilməsinə qadir deyil”, – deyə Pezeşkian əlavə edib.

O qeyd edib ki, əldə olunan razılaşmaların icrasına effektiv təminatlar verilməlidir.

 

Gununsesi.info