56 mindən çox orta və kiçik tibb heyətinin maaşı artırıldı

  • Müəllif: Orxan
  • 02 Sentyabr 2026 13:10

TƏBİB-in tabeliyində çalışan orta və kiçik tibb heyəti işçilərinin əməkhaqları artırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Məlumata görə, əməkhaqqı artımı 36 041 orta tibb heyəti işçisini əhatə edib. Bu kateqoriya üzrə maaşlar orta hesabla 17 faiz artırılıb.

Bundan başqa, 20 367 kiçik tibb heyəti işçisinin əməkhaqqında orta hesabla 18 faiz artım tətbiq olunub.

Rəhbər tibb bacılarının maaş artımına dair nümunə də açıqlanıb. Belə ki, 3B kateqoriyası üzrə müəssisənin baş tibb bacısının əməkhaqqı 1454 manatdan 2125 manata çatdırılıb. Bununla da maaş 671 manat və ya 46 faiz artırılıb.

Gununsesi.info