Vətəndaş Bank of Baku-nun hesabında yaranan borcdan narazıdır

  • Müəllif: Şəbnəm
  • 02 Sentyabr 2026 13:37

Vətəndaş Bank of Baku-nun debet kartında səbəbsiz borc yaranmasından narazılıq edir.

Gununsesi.info xəbər verir ki, bu barədə, o, sosial şəbəkə hesabında paylaşım edib.

Vətəndaşın sözlərinə görə, bir gün hesabını yoxlayarkən debet kartında -14,70 manat borc olduğunu görüb. Kredit kartından istifadə etmədiyini bildirən vətəndaş bankın “WhatsApp” hesabına yazaraq debet kartında borcun necə yarandığını soruşub.

Onun sözlərinə görə, müraciətinə bir neçə gün cavab verilməyib. Beşinci gün səhər bank əməkdaşı onunla əlaqə saxlayaraq hesabına səhvən 15 manat köçürüldüyünü və həmin məbləğdən istifadə etdiyi üçün pulu geri ödəməli olduğunu bildirib.

Vətəndaş həmçinin oxşar halın daha əvvəl Turanbankda da baş verdiyini qeyd edib.

O, bankların bu cür hallara yol verməsindən narazılığını bildirərək vətəndaşları diqqətli olmağa çağırıb.

 

Afət

Gununsesi.info