“ABŞ-nin Hörmüz boğazında İranın mövqelərinə endirdiyi zərbələr nəticəsində 18 nəfər həlak olub”.
Gununsesi.info IRIB-ə istinadla xəbər verir ki, bu barədə İranın səhiyyə naziri Məhəmməd Rza Zəfərqəndi məlumat verib.
Qeyd edək ki, sentyabrın 1-də ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında yerləşən İran obyektlərinə kütləvi zərbələr endirib. Cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını raket və PUA-larla atəşə tutduğunu bəyan edib.










