Heydər Əliyev adına Gəmiqayırma zavodundan şəhərə doğru güclü tıxac yaranıb.
Gununsesi.info xəbər verir ki, Heydər Əliyev adına Gəmiqayırma zavodundan başlayaraq şəhər istiqamətində uzunmüddətli və genişmiqyaslı avtomobil tıxacı yaranıb.
Hadisə yerindən yayılan görüntülərdən yolda nəqliyyatın hərəkətinin ciddi şəkildə məhdudlaşdığı görünür.
Tıxacın dəqiq səbəbi hələlik məlum deyil.
Görüntülərə əsasən, nəqliyyat sıxlığı zavod ərazisindən başlayaraq şəhər istiqamətində geniş məsafəni əhatə edir.
Sürücülərin yolda uzun müddət gözləməli olduğu bildirilir.
Tıxacın yaranma səbəbi ilə bağlı aidiyyəti qurumlardan açıqlama daxil olduqda məlumat yenilənəcək.
Elmar












