Masazır sakinləri 525 nömrəli avtobusların azlığından narazıdır

  • Müəllif: Şəbnəm
  • 04 Sentyabr 2026 13:09

Masazır sakinləri metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 525 nömrəli avtobusdan şikayətçidirlər.

Bununla bağlı onlar Gununsesi.info -nun qaynar xəttinə müraciət ediblər.

Sakinlərin sözlərinə görə, sözügedən avtobusların sayı həddindən artıq azdır:

“Avtobuslar təxminən bir saatdan bir hərəkət edir və gələn avtobuslar həddindən artıq dolu olur.

Taksilərdən də istifadə etmək mümkün deyil. Gediş haqqı həddindən artıq yüksəkdir. Bəs biz necə edək?

Mənzil başına vaxtında və rahat şəkildə çata bilmirik”.

Sakinlər məsələnin həll edilməsini istəyir.

Günay Mahirqızı

Gununsesi.info