Bu gün Milli Məclisin deputatı Azay Quliyev 8-ci mikrorayon, Azadlıq prospekti 184 ünvanında yerləşən deputat ofisində seçicilərin növbəti qəbulunu keçirib.
Gununsesi.info xəbər verir ki, qəbul zamanı vətəndaşlar müxtəlif sosial və məişət xarakterli məsələlərlə bağlı müraciətlərini deputatın diqqətinə çatdırıblar.
Seçicilərin qaldırdıqları məsələlər diqqətlə dinlənilib, hər bir müraciət üzrə müvafiq qeydlər aparılıb.
Deputat müraciətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılacağını, zəruri hallarda aidiyyəti dövlət qurumlarına müraciətlər ünvanlanacağını və qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.
Qəbulun sonunda seçicilərin təklifi ilə deputat yaşayış binasının qarşısındakı məhəlləyə baxış keçirib, ərazidə mövcud vəziyyətlə tanış olub və sakinlərin təklif və narazılıqlarını dinləyib.














