Microsoft Rusiyada Xbox Design Lab əmtəə nişanını qeydiyyatdan keçirmək üçün müraciət edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın “Microsoft” şirkəti sentyabrın 3-də Rusiyada “Xbox Design Lab” əmtəə nişanının qeydiyyata alınması üçün müraciət edib.
Məlumata görə, “Xbox Design Lab” istifadəçilərə “Xbox Series” oyun qurğuları üçün simsiz idarəedicilərin və digər ləvazimatların görünüşünü öz istəklərinə uyğun hazırlamağa imkan verən onlayn xidmətdir. Daha sonra hazırlanmış məhsulun fiziki nüsxəsini sifariş etmək mümkündür.
“Xbox” məhsulları 2022-ci ilin yazına qədər Rusiyaya birbaşa gətirilsə də, “Xbox Design Lab” xidməti ölkədə rəsmi olaraq istifadəyə verilməyib. Şirkətin saytında xidmətin Rusiyada dəstəklənmədiyi qeyd olunur.
“Microsoft” şirkətinin rəhbəri Bred Smit 2022-ci ilin martında Rusiyada yeni məhsul və xidmət satışlarının dayandırıldığını açıqlayıb.
Məlumata görə, şirkətin Rusiyadakı “Microsoft Rus” adlı törəmə qurumu hazırda müflisləşmə prosesindədir. Şirkətin 100 faizi “Microsoft Corporation”a məxsusdur.
“Microsoft Rus”un 2025-ci ildə gəliri 43,3 milyon rubl, zərəri isə 143,9 milyon rubl təşkil edib.
Qeyd edək ki, “Google” da daha əvvəl Rusiyada bir sıra əmtəə nişanlarını qeydiyyatdan keçirmək üçün müraciətlər edib.
Firuzə











