Uzun ilər Rəcəb Tayyib Ərdoğanın silahdaşı olmuş Əhməd Davudoğlu “prezidentə həqarət” ittihamı ilə istintaqa cəlb olunub.
Gununsesi.info -nun xəbərinə görə, Davudoğlu dünən ifadə verdikdən sonra mətbuata açıqlama verib:
“Sözlərimin arxasındayam” deyən keçmiş baş nazir istintaqa səbəb olan çıxışının siyasi xarakter daşıdığını bildirib.
Onun sözlərinə görə, həmin çıxışda dövlət vəsaitlərinin istifadəsi, qohumbazlıq, liyakat problemi və müəyyən çevrələrə imtiyaz verilməsi ilə bağlı tənqidlər səsləndirib.
Davutoğlu ifadəsində bu mövzularla bağlı söylədiklərinin arxasında olduğunu və bunları prezidentə təhqir etmək məqsədilə deyil, siyasi məsuliyyət çərçivəsində dediyini bildirib:
“Cumhuriyyət tarixində ilk dəfə bir baş nazir, düşüncəsini ifadə etdiyi və tənqidlərini dilə gətirdiyi üçün şübhəli sifətiylə ədliyyəyə çağırıldı”.
Firuzə Mahmudova
Gununsesi.info












