Daş karxanasında 26 yaşlı gəncin ürəyi dayandı

  • Müəllif: Orxan
  • 08 Sentyabr 2026 12:07

Bakıda daş karxanasında 26 yaşlı oğlan ürək çatışmazlığından ölüb.

Gununsesi.info-nun xəbərinə görə, hadisə paytaxtın Qaradağ rayonunda baş verib.

Məlumata görə, 2000-ci il təvəllüdlü S.Abbasov işlədiyi Qızıldaş qəsəbəsindəki daş karxanasında ürək çatışmazlığından ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info