TƏBİB bu müayinə ilə bağlı Nazirlər Kabinetinə TƏKLİF GÖNDƏRİB

  • Müəllif: Şəbnəm
  • 08 Sentyabr 2026 15:07

Endoskopik ultrasonoqrafiya (EUS) müayinəsinin Azərbaycanda icbari tibbi sığorta çərçivəsində təmin olunub-olunmamasına aydınlıq gətirilib.

 

TƏBİB-dən Gununsesi.info -ya bildirilib ki, EUS hazırda icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təminata alınmayıb.

 

Qurumdan qeyd edilib ki, müayinənin tibbi əhəmiyyəti və diaqnostik imkanları nəzərə alınaraq, onun ödənişli tibbi xidmət kimi təminata alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təklif təqdim edilib.

 

Vüsal Artyom 

Gununsesi.info