Sabirabadda qəsdən yanğın törədən şəxs tutuldu

  • Müəllif: Firuzə
  • 09 Sentyabr 2026 11:56

Sabirabad rayonunun Narlıq kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Gununsesi.info xəbər verir ki, raşdırmalarla yanğının kənd sakini H.Şükürov  tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 1 hektara yaxın ərazidə quru otlaq sahəsi yanıb.

Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.

Gununsesi.info