Almaniya media orqanı Putinin Qərb sanksiyalarına qarşı “unikal kozırına” işarə edib

  • Müəllif: Orxan
  • 09 Sentyabr 2026 14:00

Mülki nüvə enerjisi Rusiya üçün təsir vasitəsinə çevrilərək Prezident Vladimir Putinin ikinci nüvə arsenalına və “unikal kozırına” çevrilib. 

Gununsesi.info xəbər verir ki, Almaniyanın “Frriankfurter Rundschau ” (FR) qəzetinin jurnalistləri bu nəticəyə gəliblər.

Məqalənin müəllifləri 400-dən çox nüvə sənayesi müəssisəsini birləşdirən Rosatom-un beynəlxalq layihələrini vurğulayıblar.

Xüsusilə alman nəşrinin jurnalistləri 72 saat ərzində baş verən üç hadisəni işıqlandırıblar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Akkuyu Atom Elektrik Stansiyasının istifadəyə verilməsindən sonra Moskva ilə yeni elektrik stansiyaları üzərində işləmək niyyətində olduğunu da bildirib.

Bundan əlavə, İran Rusiyadan kiçik nüvə elektrik stansiyalarının tikintisi ilə bağlı hökumətlərarası saziş layihəsi alıb və Qazaxıstan Balxaş Atom Elektrik Stansiyasının tikintisi üçün Rosatom ilə müqavilə imzalayıb.

Məqalə müəlliflərinin fikrincə, bu cür layihələrin uzunmüddətli xarakteri dinc nüvə enerjisini Moskva üçün unikal xarici siyasət aktivinə çevirir.

Nəşr qeyd edir ki, bu model Qərbin digər ölkələrin Rusiya nüvə sənayesi ilə əməkdaşlığını məhdudlaşdırmaq cəhdlərini çətinləşdirir və Rusiyanı təcrid etmək planlarını təhdid edir.

Həmçinin qeyd olunur ki, iri beynəlxalq layihələrin başlamasından sonra müştəri ölkələrin özləri də onlara xeyli miqdarda investisiya yatırdıqları üçün onların uzunmüddətli fəaliyyətində maraqlıdırlar.

Maqsud

Gununsesi.info