Sentyabrın 11-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.
Səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ilə birlikdə Kəlbəcərdəki İstisu zavoduna baş çəkib.
Gununsesi.info xəbər verir ki, Hikmət Hacıyev Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkianın Bişkekdə isti su içməsini xatırladıb.
O bildirib ki, hər iki prezident çox gözəl bir ənənənin əsasını qoyub. Hikmət Hacıyev qeyd edib ki, Prezident Məsud Pezeşkian da bu qərara gəlib ki, bundan sonra yalnız Kəlbəcərin İstisu suyunu içəcək.
@gununsesi.info Hikmət Hacıyev İran səfiri ilə İstisu zavodunda
Şəbnəm










