İsrail Livanın cənubunda “Hizbullah” infrastrukturunu məhv etməyə davam edəcək.
Gununsesi.info xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Biz “Hizbullah” üzərində daha bir böyük qələbəyə nail olduq. Bofort və Ali Taher təpələrində olan terror yuvasını dağıtdıq”, – Netanyahu bildirib.
O, İsrailə qarşı yönələn hər bir təhdidin aradan qaldırılacağını vurğulayıb.










