ABŞ ordusu Hörmüz boğazında İran katerlərini məhv etdi

  • Müəllif: Firuzə
  • 15 Sentyabr 2026 19:52

ABŞ ordusu sentyabrın 14-də İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazında Amerika Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz suüstü vasitəni ələ keçirməyə cəhd etdikdən sonra qarşı tərəfin iki katerini məhv edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə “Axios” ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokins məsələ ilə əlaqədar bildirib: “İran İslam Respublikasına məxsus katerlər ABŞ-yə məxsus pilotsuz suüstü vasitəni ələ keçirməyə cəhd göstərsələr də, CENTCOM-un qətiyyətli cavabından sonra buna nail ola bilmədilər”.

Gununsesi.info