Alyaskada güclü zəlzələ oldu

  • Müəllif: Firuzə
  • 17 Sentyabr 2026 19:52

Alyaska sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info  xəbər verir ki,  bu haqda ABŞ Geoloji Xidməti məlumat yayıb.

İlk təkanlar Nikolski yaşayış məntəqəsindən 167 km qərbdə qeydə alınıb. Zəlzələnin episentri 83 km dərinlikdə yerləşib.

Hələlik xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur.

Gununsesi.info