Rusiya mediasının verdiyi məlumata görə, Moskva meri Sergey Sobyanin Kiyevin Rusiya seçkilərini poza bilmədiyini bildirib.
Gununsesi.info xəbər verir ki, “Kiyev rejiminin seçkiləri pozmaq, fərqli bir gündəm tətbiq etmək və sair kimi bütün çətinliklərə və cəhdlərə baxmayaraq, heç nə alınmadı”, – deyə o bildirib.
Sobyanin həmçinin moskvalılara fəal vətəndaş mövqeyinə və Vahid Rusiyanı dəstəklədiklərinə görə təşəkkür edib.
Sobyanin əvvəllər Moskvanın Dövlət Duması seçkilərində rekord sayda seçici fəallığı qeydə aldığını bildirmişdi.
Elmar












