Rusiya Maliyyə Nazirliyi sənaye sektorları ilə əməkdaşlıq çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) hücumlarından sonra obyektlərin qorunması və bərpası ilə bağlı xərcləri nəzərə almaq üçün vergi qanunvericiliyinə düzəlişlər hazırlayır.
Gununsesi.info xəbər verir ki , bu barədə dövlət katibi və maliyyə nazirinin müavini Aleksey Sazanov Moskva Maliyyə Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Sazanov deyib: “Kompensasiya yox, müdafiə xərclərinin, o cümlədən obyektlərin bərpasının uçotu baxımından. Hazırda vergi qanunvericiliyində hansı dəyişikliklərin edilməsinin vacibliyini müəyyən etmək üçün sənaye nümayəndələri və müxtəlif sektorlarla işləyirik”.
Onun sözlərinə görə, müvafiq qanun layihəsi bu payızda təqdim edilə bilər.
Maqsud









