Bulvarının bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır

  • Müəllif: Firuzə
  • 22 Sentyabr 2026 11:01

“Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır.

Gununsesi.info xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb.

Belə ki, Milli Parkın Ağ Şəhər bulvarı, Azneft meydanından Bayıl bulvarına qədər olan hissəsi, həmçinin Bayıl bulvarına giriş-çıxış sərbəstdir.

Gununsesi.info