Xeyrəddin Xoca: “Ramiz Mehdiyevi vəzifədə olarkən tərifləyənlər sorğu-suala çəkilməlidir”

  • Müəllif: Orxan
  • 22 Sentyabr 2026 11:10

Publisist, Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının sabiq baş konsulu Xeyrəddin Xoca Ramiz Mehdiyevin məhkəməsi ilə bağlı paylaşımında vaxtilə onu yüksək vəzifədə olduğu dövrdə tərifləyən dövlət adamları və deputatların da məsuliyyət məsələsinin gündəmə gətirilməsini təklif edib.

Gununsesi.info-nun xəbərinə görə, Xeyrəddin Xoca bildirib ki, Ramiz Mehdiyevin məhkəməsindən sonra həmin şəxslərin keçmiş mövqeləri də araşdırılmalıdır.

“Ramiz Mehdiyevin məhkəməsindən sonra, təzədən məhkəmə qurulub vəzifədə olanda ağızları köpüklənə-köpüklənə onu tərifləyən “dövlət adamları”, deputatlar sorğu-suala çəkilməlidir!.. Adam onların əvəzinə xəcalət çəkir!” – deyə o yazıb.

Elmar

Gununsesi.info