Vəkil Aslan İsmayılov Azərbaycanın keçmiş Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və onun qohum-əqrəbası ilə bağlı sərt fikirlər səsləndirib.
Gununsesi.info-nun xəbərinə görə, İsmayılov iddia edib ki, dövlətə xəyanətdə ittiham olunan Mehdiyevin yaxınları vaxtilə mənimsənildiyini bildirdiyi pullar hesabına bahalı avtomobillərdən istifadə edir və dəbdəbəli həyatlarını davam etdirirlər.
Vəkil həmçinin məhkəməyə gəlməyən şəxsin həbsdə olmalı olduğunu bildirib.
Aslan İsmayılov bu vəziyyəti qanun və ədalət anlayışları ilə əlaqələndirərək, belə şəraitdə “qanundan, ədalətdən danışmağın ayıb olduğunu” bildirib.
Qeyd edək ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsində çalışıb.
İsmayılovun səsləndirdiyi iddialarla bağlı digər tərəflərin mövqeyi məlum deyil.
Elmar












