Pezeşkian bu gün BMT-də çıxış edəcək

  • Müəllif: Orxan
  • 23 Sentyabr 2026 14:20

İran Prezidenti Məsud Pezeşkian bu gün BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edəcək. Onun Nyu-York səfəri çərçivəsində bir sıra dövlət başçıları ilə görüşməsi də planlaşdırılır.

Gununsesi.info xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, Məsud Pezeşkian sentyabrın 23-də, Tehran vaxtı ilə saat 19:35-də BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edəcək.

İran Prezidenti sentyabrın 22-də səhər saatlarında Tehrandan Nyu-Yorka yola düşüb. O, yolüstü Əlcəzairdə qısa müddət dayandıqdan sonra səfərini davam etdirib və bu gün səhər Nyu-Yorka çatıb.

Pezeşkianın səfər proqramına BMT Baş Assambleyasında iştirak edən bəzi ölkələrin liderləri ilə görüşlər də daxildir.

Gununsesi.info