Hakimlərin Seçki Komitəsinin növbəti iclası keçirilib - Uğur qazanan hakimlərin siyahısı

  • Müəllif: Orxan
  • 26 Sentyabr 2026 12:39

2026-cı il sentyabrın 25-də Hakimlərin Seçki Komitəsinin növbəti iclası keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, iclasda qeyd olunub ki, test və yazılı imtahanlardan müvəffəqiyyətlə keçmiş hakimliyə namizədlərlə Hakimlərin Seçki Komitəsi tərəfindən müsahibələr keçirilib.

Müsahibə zamanı namizədlərin hüquq sahəsində nəzəri və praktiki biliklərini, habelə məntiqi nəticələr çıxarmaq qabiliyyətini müəyyən edən suallar verilib, biliklərini tətbiqetmə və özünü təqdimetmə bacarıqları, ümumi dünyagörüşü, təmkinliliyi, fikir və rəylərini ifadə etmək, analitik düşünmək qabiliyyəti yoxlanılıb.

Həmçinin hakim vəzifəsində çalışmaq üçün zəruri keyfiyyətlərə malik olmaları Komitə tərəfindən qiymətləndirilən namizədlərdən 40 nəfər müsahibədə müvəffəqiyyət qazanıb. Onların hakim vəzifəsinə uyğunluğu, o cümlədən ixtisaslaşmaları barədə rəylər Məhkəmə-Hüquq Şurasına təqdim olunub.

Qanunvericiliyə uyğun olaraq, 2026-cı il sentyabrın 29-da Məhkəmə-Hüquq Şurası tərəfindən hakimliyə namizədlərlə söhbət keçiriləcək və onların ixtisaslaşması müəyyən ediləcək.

Qaydalara əsasən, hakimliyə namizədlər hakim təyin olunduqdan dərhal sonra peşə hazırlığı məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında təşkil olunacaq təlimə cəlb ediləcəklər.

Müsabiqədə uğur qazanmış hakimliyə namizədlərin SİYAHISI:

№ Soyadı, adı, atasının adı
1. Abbaslı Vüqar Qurban oğlu
2. Abbasov Lətif Kazım oğlu
3. Abbasov Səbuhi Mehdi oğlu
4. Abbasova Fərəh Qulam qızı
5. Abdullayev Hörmət Uğurlu oğlu
6. Adıgözəlova Bəxtşən Aydın qızı
7. Allahverdiyev Fuad Zahir oğlu
8. Babayev Rəşad Mahir oğlu
9. Cəfərov Vüsal Suliddin oğlu
10. Əhmədli Səxavət Böyükağa oğlu
11. Əkbərova Aysel Seymur qızı
12. Əliyev Natiq Abbas oğlu
13. Əlizadə Əli İlqar oğlu
14. Əzizli Bəsdi İlham qızı
15. Həmidova Aynur Eldar qızı
16. Həsənzadə Səbuhi Mehdi oğlu
17. Həşim Rəşad Əlisahib oğlu
18. Hümbətov Elmir Sahib oğlu
19. Hümbətov Əli Surxay oğlu
20. İsa-zadə Elnur Nizami oğlu
21. İslamzadə Vüqar Səyyar oğlu
22. Kazımlı Araz Osman oğlu
23. Kazımova Şəhla Saleh qızı
24. Qurbanova Gülay Əjdər qızı
25. Məmmədov Fariz Rais oğlu
26. Məmmədov Rəsul Yasər oğlu
27. Məmmədova Aydan Adgözəl qızı
28. Məmmədova Nuranə Asif qızı
29. Məmmədova Rübabə Əşrəf qızı
30. Mikayılov Səbuhi Həsənpaşa oğlu
31. Mirzəyeva Şəlalə Namiq qızı
32. Muxtarov Mirtale Mirzamin oğlu
33. Nəcəfova Lamiə Amil qızı
34. Nəcəfova Taliyə Tofiq qızı
35. Nəsirli Nərmin Hüseyn qızı
36. Rzayev Əsvər Məhərrəm oğlu
37. Səfərova Ülkər Asim qızı
38. Süleymanova Leyla Abbas qızı
39. Tağıyeva Vəfa Hənifə qızı
40. Zərbiyeva-Babazadə Fatimə Qədir qızı