Dövlət qulluqçusu artıq işləsə, əlavə pul alacaq

  • Müəllif: Orxan
  • 30 Sentyabr 2026 16:13

Dövlət qulluqçularının iş vaxtı və əlavə işə görə ödəniş mexanizmi Dövlət Qulluğu Məcəlləsinin layihəsində ayrıca göstərilib.

Gununsesi.info xəbər verir ki, layihəyə əsasən, dövlət qulluğunda normal qulluq vaxtı həftədə 40 saat müəyyən edilir. Ayrı-ayrı kateqoriyalar üçün qanunla daha qısa iş vaxtının müəyyən olunması mümkün olacaq.

Zərurət yarandıqda dövlət orqanının rəhbəri müstəsna hallarda iş vaxtını artıra biləcək. Lakin layihədə əlavə iş saatına konkret hədd də qoyulur.

Belə ki, qulluq vaxtı ay ərzində 5 saatdan çox artırılarsa, əlavə işlənilən hər saata görə dövlət qulluqçusuna əlavə haqq ödənilməlidir. Eyni zamanda artıq iş müddəti ay ərzində 17 saatdan çox ola bilməyəcək. Məsələ 13.pdf

Layihədə dövlət məvacibinin tərkibinə aylıq vəzifə maaşı, ixtisas dərəcəsinə görə əlavə haqq, zəruri hallarda normadan artıq işlənilən saatlara görə ödəniş və əmək şəraiti ilə bağlı qanunvericilikdə nəzərdə tutulan əlavələr daxil edilir.

Gununsesi.info