Dietoloq kofe içməyin təsirlərindən danışdı

“Gündəlik həyatda kofe içmək bir çox insan üçün adi vərdişə çevrilib. Kofenin tərkibində olan kofein insanın ayıq qalmasına və diqqətini toplamasına kömək edə bilər”.

Bunu Gununsesi.info -ya açıqlamasında dietoloq Validə Şıxıyeva deyib:

“Sağlam insanlar kofeni ölçülü miqdarda qəbul etdikdə, adətən, ciddi problem yaranmır. Lakin həddindən artıq kofe içilməsi ürəkdöyünmə, narahatlıq və yuxusuzluğa səbəb ola bilər. Xüsusilə axşam saatlarında kofe içmək yuxu rejiminə mənfi təsir göstərə bilər. Kofeyə çoxlu şəkər, qaymaq və digər əlavələrin qatılması isə onun enerji dəyərini artırır.

Çəki azaltmaq istəyən şəxslər daha çox şəkərsiz və əlavə şirinləşdirici olmayan kofeyə üstünlük verməlidirlər. Hamilə qadınlar və bəzi xəstəlikləri olan şəxslər kofein qəbuluna daha diqqətlə yanaşmalıdırlar. Ümumilikdə isə kofenin fayda və zərəri onun qəbul miqdarından və insanın fərdi xüsusiyyətlərindən asılıdır”.

 

 

Firuzə

Gununsesi.info