Deputat NATO-nun tədbirinə gedir

  • Müəllif: Orxan
  • 02 Oktyabr 2026 15:42

Milli Məclisin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ramid Namazov  qurumun 109-cu Rouz-Rot seminarında iştirak etmək üçün oktyabrın 5-də Moldova Respublikasının Kişineu şəhərinə səfər edəcək.

Gununsesi.info-nun məlumatına görə, seminar çərçivəsində Moldovanın Avro-Atlantik məkanında gələcəyi, mürəkkəb strateji mühitdə dayanıqlılığın gücləndirilməsi, təhlükəsizlik çağırışları və bu istiqamətdə beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, səfər oktyabrın 8-də başa çatacaq.

Gununsesi.info