Sahibə Qafarova Tanzaniyaya səfər etdi

  • Müəllif: Firuzə
  • 03 Oktyabr 2026 20:59

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniya Birləşmiş Respublikasına işgüzar səfərə gedib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info-ya verilən məlumata görə, Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Parlamentlərarası İttifaqın 153-cü Assambleyasında iştirak etmək üçün oktyabrın 3-də Tanzaniyaya səfər edib.

Aruşa şəhərinin Kilimancaro Beynəlxalq Hava Limanında Sahibə Qafarovanı və nümayəndə heyətini Azərbaycanın Efiopiyadakı səfiri Ruslan Nəsibov, Tanzaniyanın BMT və Cenevrədəki digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Abdallah Saleh Possi və digər rəsmi şəxslər qarşılayıblar.

Gununsesi.info