Biləsuvar rayonunda qətl hadisəsi olub.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində baş verib
Belə ki, kənd sakini 2000-ci il təvəllüdlü Milan Loğman oğlu Soltanlı həmkəndlisi tərəfindən bıçaqlanıb. O, aldığı xəsarətlərdən ölüb.
Onun əməli törətməkdə şübhəli bilinən qohumu, 2004-cü il təvəllüdlü İlkin Mehtiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır (APA).










