Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

  • Müəllif: Firuzə
  • 05 Oktyabr 2026 10:39

Oktyabrın 3-də və 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tüfəng, 1 patron darağı və 279 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Gununsesi.info