Şirkət sahibi Azərbaycan Beynəlxalq Bankından şikayətçidir.
Gununsesi.info xəbər verir ki, bu barədə şirkət sahibi sosial şəbəkədə paylaşım edib:
“Dəyərli dostlar, mən hüquqi şəxs, şirkət sahibiyəm, Azərbaycan Beynəlxalq Bankının müştərisiyəm. 2018-ci ildən hesablarımız bu bankda idi. Bankın bizimlə bu zamana qədər müəyyən səhv və problemləri oldu, susduq.
Keçən həftənin 5-ci günü bankın əməkdaşına şirkət hesabında pulumuz olduğunu, vergi borcuna görə blok olduğunu, ancaq biz vergi borcunu ödədiyimizi bildirdik. Həmçinin əsas məbləğə toxunmamalarını, həftənin 1-ci günü blok hesabdan çıxana qədər bizə dəstək olmalarını xahiş etdik.
Mühasib bu gün, yəni 1-ci gün baxıb deyir ki, bank hesabdan əlavə 517 manat pulu götürüb silib. Bu bank necə ayaqda qalır? İşini bilməyən, bacarmayan əməkdaş necə o işdə qalır? Yəni 517 manat da az pul deyil. İndi bank bu pulu silib deyə göz yummayacağam.
Kredit olan kimi həmin an silirlər. Bütün şirkət hesablarını bu bankdan çəkirik. Vətəndaşlar da bilsin ki, bu bankla biznes və ticarət əlaqəsi qurmaq, əməkdaşlıq etmək mənasızdır. Bu millət, bu vətəndaş insandır və xidmət göstərmək də bankın borcudur”.
Günay












