Zəngəzurda saxlanılan Azərbaycan hərbçisi İrəvana aparıldı

  • Müəllif: Firuzə
  • 05 Oktyabr 2026 23:22

Azərbaycan hərbçisi Nəsimi Musayev Zəngəzurun Şəki kəndində saxlanıldıqdan sonrakı gecə Sisian xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə köçürülüb.


Gununsesi.info 
xəbər verir ki, “Sputnik Ermənistan” bu məlumatı öz mənbələrindən əldə etdiyini yazır.

Nəsiminin hansı tibb müəssisəsində olduğu və vəziyyəti barədə müvafiq dövlət qurumları şərh vermirlər.

Qeyd edək ki, naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb.

Gununsesi.info