Ata 16 yaşlı qızını 30 yaşlı qohumuna nişanladı – 10 min manat cərimələndi

  • Müəllif: Firuzə
  • 06 Oktyabr 2026 20:22
Xocalıda yeniyetmə qızını nişanlayan ata saxlanılıb.

Gununsesi.info Lent.az-a istinadən xəbər verir ki, 50 yaşlı Ağasəf Rzayev (şərti adla – red.) hüquq-mühafizə orqanlarına müraciət edərək 16 yaşlı qızının itkin düşdüyünü bildirib. Sonra izahatı alınarkən o, qızını mart ayında 30 yaşlı bacısı oğlu ilə nişanladığını deyib.

Fakt əsasında onun barəsində müvafiq maddə ilə protokol tərtib olunub.

Ağasəf Rzayevin sözlərinə görə, sonradan bilib ki, qohum olduqları üçün qızı ilə bacısının oğlunun evliliyi mümkün deyil. O, etdiyi əməldən peşman olduğunu və ikinci qrup əlil olmasını deyib. Buna görə də barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edib.

Məhkəmənin qərarı ilə A.Rzayev 1000 manat məbləğində inzibati qaydada cərimələnib.

Gununsesi.info