“Turan Birliyini Fələstin nağılına qurban verənləri tarix bağışlamayacaq” -ƏDALƏT VERDİYEV

“Qardaşı qardaşa düşmən etmək istəyənlər, Fələstinə görə boğazını cıran 5-10 nəfər “dindarlar”, nədənsə türk dövlətləri içində yalnız Azərbaycanı hədəf alırlar, özləri isə gedib Fələstini müdafiə etmək istəmirlər. Çindəki türklərin isə adını çəkməzlər. Günki, onlara hədəf olaraq Azərbaycan göstərilib“. 

Gununsesi.info bildirir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib:

“İranın maraqlarında iki qardaşın birliyinə ziyan vuranlar sonunda peşman olacaqlar. Türklük yalnız  dünyəvi dövlət prinsipi ilə inkişaf edə bilər. Təriqət və din, türklükdən üstün ola bilməz. Türklər dünyanın böyük bir hissəsini idarə edəndə, imperiyalar quranda, indiki din və təriqətin izi və tozu yox udi. Türk dünyasını din və təriqətlər ilə inteqrasiya etməyə çalışsanız, ortada dostluq və qardaşlıq adına heç nə qalmaz. Dini ayrıca bir türk dövlətinin üzərinə çıxartsanız, ortaya daha çox ziddiyyətlərlə dolu olan, dünyadan təcrid olunmuş, qeyri sabit və təhlükəli İran, Yəmən, Əfqanıstan və ya Fələstin modeli əldə edərsiniz.

Düşmənlərə də lazım olan budur.  

Hələ ki gec deyil, doğru olmayan yoldan qayıdın. Ruhanilər və etiqad edənlər siyasi təsir mexanizminə çevrilmədən din və ibadət ilə sərbəst məşğul olsunlar.

Buna kimsə mane olmur. Hansı dövlət azyaşlı uşaqları hansı geyimdə məktəbə daxil olmasına özü qərar verəcək. Kim 5-6 yaşlı uşağını qadın gözündə görürsə, onun gözündə və təfəkküründə çatışmazlıq var. Əslində hicab ilə Türkün yaxından uzaqdan əlaqəsi yoxdur. Bunu da bizə ərəblər qılınc gücünə sırıyıb. Bizim qadınlar at belində əlində silah ərləri ilə bərabər döyüşüb. Başını örtmək istəyənlər isə kəlağayıdan istifadə edirdilər. Kim Azərbaycanda hicab örtmək istəyirsə, bu yenə də onun öz işidir, dövlət bunu qadağan etmir. Amma bu məsələdə Azərbaycana təzyiq göstərmək cəhdi mənasız məşğuliyyətdir. 

Dediyim budur ki, dünyada dini və təriqəti milli kimliyini üzərinə çıxaran heç bir dövlət və onun xalqı xoşbəxt olmayıb. Bunun nümunəsi olmadığı halda, türk dünyasının ən böyük və qüdrətli ölkəsi olan Türkiyənin bu qədər radikal şəkildə dini fanatizmə doğru getməsi, Türkiyə mediasında Azərbaycana qarşı dini mövzuda hücumların davam etməsi məni dərindən narahat edir. Halbuki Türkiyəyə dövlətinə  qarşı Azərbaycan mediasında kəlmə işlədilmir. 

Turan Birliyinın gələcəyini şübhə altına alacaq addımların qarşısı təcili alınmalıdır. Bunun üçün hər birimiz əlimizdən gələni etməliyik. Əks halda gələcək nəsillər bizi haqlı olaraq lənətləyəcək. 

 

Turan Birliyinı türklük ilə əlaqəsi olmayan mənasız hicab və Fələstin nağılına qurban verənləri tarix bağışlamayacaq“.

 

 

Şəbnəm

Gununsesi.info