Tramp Putinə zəng edəcək

  • Müəllif: Firuzə
  • 07 Oktyabr 2026 23:29

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacağını bildirib.

Gununsesi.info xəbər verir ki, Tramp bu barədə jurnalistin sualını cavablandırarkən danışıb.

Jurnalist ABŞ prezidentindən Putinlə artıq danışıb-danışmadığını soruşub.

“Bu gün onunla danışmağı planlaşdırıram. Bu gün Putinin doğum günüdür. Əminəm ki, siz onu təbrik edib-etməyəcəyimi soruşacaqsınız”, – Tramp bildirib.

Gununsesi.info