İran və Oman Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətini təmin edəcək dəhlizlərin müəyyənləşdirilməsi barədə razılığa gəlib.
Gununsesi.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.
Onun sözlərinə görə, Tehran və Maskat arasında aparılan məsləhətləşmələr uğurla nəticələnib və tərəflər təhlükəsiz dəniz dəhlizlərinin coğrafi koordinatlarını razılaşdırıblar.
“İran və Oman arasında Hörmüz boğazındakı təhlükəsiz dəhlizlərlə bağlı əldə edilmiş razılaşma yaxın vaxtlarda müvafiq beynəlxalq quruma təqdim olunacaq”, – Bəqai bildirib.
İran XİN rəsmisi qeyd edib ki, tərəflər beynəlxalq qurumun məlumatlandırılması proseduru barədə də ortaq mövqeyə gəliblər.
Onun sözlərinə görə, razılaşmanın rəsmiləşdirilməsi istiqamətində müvafiq addımlar yaxın günlərdə atılacaq.












