İstanbulda bina çökdü, dağıntılar altında qalanlar var — FOTOLAR

  • Müəllif: Firuzə
  • 08 Oktyabr 2026 09:21

İstanbulun Maltepe rayonunun Cevizli məhəlləsində 7 mərtəbəli binanın alt 3 mərtəbəsi çöküb. Hadisə oktyabrın 8-də saat 05:40 radələrində Doğu küçəsində baş verib.

Gununsesi.info-nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə yerinə AFAD, yanğınsöndürmə, səhiyyə və polis qrupları göndərilib.

Binanın çökməyən üst mərtəbələrində qalan şəxslər xilasedicilər tərəfindən təxliyə edilib.

Dağıntılar altında axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Binanın alt 3 mərtəbəsinin hansı səbəbdən çökdüyü hələlik məlum deyil.





Gununsesi.info