“Le Parisien” qəzetinin verdiyi məlumata görə, Fransada polis ilk dəfə olaraq etiraz aksiyalarında stroboskopla təchiz olunmuş qalxanlardan istifadə edib.
Gununsesi.info-nun xəbərinə görə, “Bu, bir az diskoteka topuna bənzəyir, ona uzun müddət baxıb narahat olmaya bilməzsən”, – Vigi-Police həmkarlar ittifaqının baş katibi Jerom Gigot bildirib.
O, bunun nümayişçiləri çaşdırmaqla və kor etməklə izdihamı zorakılıq olmadan dayandırmağa imkan verdiyini söylədi. Bununla belə, o, parlaq parıltıların epilepsiya xəstələrində tutmalara səbəb ola biləcəyini etiraf etdi.
Maqsud












