İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid edir

  • Müəllif: Firuzə
  • 09 Oktyabr 2026 09:12

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olunması istiqamətində göstərdiyi səylərin Nobel Sülh Mükafatı ilə qiymətləndiriləcəyinə ümidvar olduğunu bildirib.

Gununsesi.info xəbər verir ki, dövlət başçısı bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Dövlət başçısı Donald Trampın Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhün təmin olunmasında rolunun yüksək qiymətləndirilməsinə ümid etdiyini ifadə edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin Nobel Sülh Mükafatına namizədliyini birgə irəli sürüblər. Bu barədə 2026-cı il avqustun 10-da yayımlanan Azərbaycan, ABŞ və Ermənistanın birgə bəyanatında da məlumat verilib.

Gununsesi.info