Paşinyan: Azərbaycan dəmir yolu Ermənistan yükləri üçün açıqdır

  • Müəllif: Firuzə
  • 09 Oktyabr 2026 10:19

Azərbaycan dəmir yolu bir ilə yaxındır Ermənistan yüklərinin daşınması üçün açıqdır.

Gununsesi.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarət başlayıb.

Paşinyan, həmçinin iki ölkə arasındakı dövlət sərhədinin 12 kilometrlik hissəsinin delimitasiya və demarkasiya edildiyini qeyd edib.

Gununsesi.info