Bakıda və rayonlarda təhlükəli tapıntılar: Polis hərəkətə keçdi

  • Müəllif: Orxan
  • 09 Oktyabr 2026 11:09

Oktyabrın 8-də paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb.

Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı 1 tapança, 1 qumbara, 1 alışdırıcı və 4 tüfəng aşkar edilərək götürülüb.

DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah və sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Gununsesi.info